Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hişam Mohamed Nağı Abdel Həmid Azərbaycan Milli Xalça Muzeyində qonaq olub
Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hişam Mohamed Nağı Abdel Həmid Azərbaycan Milli Xalça Muzeyində qonaq olub. Səfiri muzeyin direktoru Şirin Məlikova qarşılayaraq, onu öncə “Xalidə Nəsirovanın qurama dünyası” sərgisi, sonra isə daimi ekspozisiya ilə tanış edib. Şirin xanım Xalça Muzeyinin tarixi, fəaliyyəti, zəngin kolleksiyaları barədə ətraflı məlumat verib. Muzeyimizdə qorunub saxlanılan dəyərli sənət nümunələri ilə yaxından tanışlığın onda xoş təəssürat yaratdığını bildirən səfir Hişam Mohamed Nağı Abdel Həmid muzeyin xatirə kitabına ürək sözlərini yazıb