Məşhur qurama ustası Xalidə Nəsirovanın muzeyimizdə davam edən sərgisi ilə sizi daha yaxından tanış edirik
Dəyərli izləyicilər,
Məşhur qurama ustası Xalidə Nəsirovanın muzeyimizdə davam edən sərgisi ilə sizi daha yaxından tanış edirik. Bu gün diqqətinizə təqdim etdiyimiz quramalar müəllifin sevimli mövzularından olan İçərişəhərə həsr edilmişdir. Onların üzərində həm İçərişəhərin tarixi memarlıq abidələrinin təsvirləri, həm də əlvan rəng və abstarkt formalarla, ornamentlərlə sənətkarın doğma məkanından aldığı zəngin emosional duyğuları əks olunmuşdur. Xalidə xanım “İçərişəhərin sirləri” quramasında yüzdən çox müxtəlif rəngli və naxışlı qalstukdan istifadə edərək həndəsi elementlərin özünəməxsus ritmi üzərində qurulan maraqlı kompozisiya yaratmışdır.
Əziz dostlar, vaxtınızı gözəl və mənalı keçirmək üçün “Xalidə Nəsirovanın qurama dünyası” sərgisinə baş çəkməyə tələsin.
Dekorativ panno “İçərişəhərin sirləri”. 2003
İpək, çit, atlas, pambıq, zərxara. Qurama
Xalidə Nəsirovanın şəxsi kolleksiyası