Sizi Azərbaycan Milli Xalça Muzeyinin 55 illik yubileyinə həsr olunmuş yeni xalçanın qədim ənənələrə uyğun hanadan kəsimi mərasiminə dəvət edirik
Dəyərli dostlar!
Sizi Azərbaycan Milli Xalça Muzeyinin 55 illik yubileyinə həsr olunmuş yeni xalçanın qədim ənənələrə uyğun hanadan kəsimi mərasiminə dəvət edirik. Muzeyin Ənənəvi texnologiya şöbəsində toxunmuş xalçanın kəsimi avqustun 2-də saat 15:00-da həyata keçiriləcək.
Xüsusi təntənə ilə keçirilən mərasimin iştirakçısı olmaq istəyirsinizsə, Xalça Muzeyinə gəlməyi unutmayın!