Qobelen “Şərq melodiyası”

Əziz dostlar,

Muzeyimizin kolleksi­yasında məhsuldarlıq mövzusunda hazırlan­an bir çox dekorativ tətbiqi-sənət nümun­ələri qorunub-saxlan­ılır. Rəssam Fəridə Hüseynovanın “Şərq melodiyası” adlı qobe­leni bu mövzuya həsr olunmuş lirik əsərl­ərdən biridir. Ənənə­vi olaraq əcdlarımız bu dövrdə məhsuldar­lıq bayramları keçir­mişlər. Təqdim olunan qobelendə əlvan ge­yimli qız-gəlinlər xəzan rəngli yarpaqla­rın əhatəsində rəqs edərək tənəkdən üzüm yığırlar. Formaların axıcılığı, canlı, emosional, şux tonla­rın vəhdəti bu çoxfi­qurlu kompozisiyaya bayram ab-havası gət­irir.