“Nənəmin sandığından fashion show” layihəsi​ çərçivəsində 3 aylıq tədris proqramına yenidən start verir.

Azərbaycan Milli Xalça Muzeyi​ Uşaq şöbəsi​ böyük maraqla qarşılanan​ “Nənəmin sandığından fashion show” layihəsi​ çərçivəsində 3 aylıq tədris proqramına yenidən start verir.

Proqram müddətində iştirakçılar Qarabağa aid milli geyimlər haqqında nəzəri biliklərə, praktik bacarıqlara yiyələnəcəklər. Tədris proqramını bitirənlərə sertifikatlar təqdim ediləcək və onların hazırladıqları geyimlərdən ibarət moda nümayişi olacaq.

Azərbaycan və rus dillərində keçiləcək dərslərə qatılmaq istəyən 11-18 yaş arası qızlar və oğlanlar sentyabrın 30-dək qeydiyyatdan keçməyi unutmasınlar.

​Layihə haqqında ətraflı məlumat almaq və qeydiyyatdan keçmək üçün (+99450) 363 43 55, (+99455) 262 81 84 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.