Muzeyimizdə davam edən “Xalidə Nəsirovanın qurama dünyası” adlı fərdi retrospektiv sərgisi xoş ovqat yaradan rəngarəng quramaları ilə göz oxşayır
Əziz dostlar,
Muzeyimizdə davam edən “Xalidə Nəsirovanın qurama dünyası” adlı fərdi retrospektiv sərgisi xoş ovqat yaradan rəngarəng quramaları ilə göz oxşayır. Burada müəllifin yüksək zövq və əlvan koloritlə yaratdığı çoxsaylı işləri nümayiş olunur. Siz, həmçinin sərgidə Xalidə Nəsirovanın şəxsi kolleksiyasına aid XX əsrin əvvəlində Şəkidə ipək, atlas və s. parçalardan işlənmiş zərif qurama nümunəsi ilə də tanış ola bilərsiniz. Onun kompozisiyası həndəsi element və rənglərin gözəl ahəngi üzərində qurulmuşdur.
Dəyərli izləyicilər, artıq sərginin son günləridir. Asudə zamanınızı maraqlı keçirmək istəyirsinizsə sentyabrın 8-ə kimi bu sərgiyə baş çəkməyi unutmayın.
Dekorativ örtük. Şəki, Azərbaycan. XX əsrin əvvəli. İpək, atlas, xara, məxmər, zərxara, qanovuz. Qurama. Xalidə Nəsirovanın şəxsi kolleksiyası.