Zəhra Əliyevaya həsr etdiyimiz həftədə bu dəfə sizə “Həyatın ilmələri” sənədli filmi təqdim olunur.
Əziz dostlar,
Muzeyimizin baş texnoloqu, Azərbaycan xalça sənətinin inkişafında, gələcək nəsillərə ötürülməsində müstəsna rolu olan Zəhra Əliyevaya həsr etdiyimiz həftədə bu dəfə sizə “Həyatın ilmələri” sənədli filmi təqdim olunur.
Film Mədəniyyət Nazirliyinin sifarişi ilə Əməkdar mədəniyyət işçisi Zəhra xanımın həyat hekayəsi əsasında “Salnaməfilm studiyası” MMC tərəfindən çəkilib. Sənədli ekran əsərində sənətkarın əvəzsiz təcrübəsi, yaradıcılığı, həmçinin Lətif Kərimov, Cəfər Muciri və Kamil Əliyev kimi görkəmli xalçaçı-rəssamlar haqqında maraqlı xatirələr öz əksini tapıb.
Filmin ssenari müəllifi Əməkdar mədəniyyət işçisi Şirin Məlikova, rejissoru Mübariz Nağıyevdir.