B. Stenvers Amsterdam Brilyant Muzeyi, Amsterdam Fondu, Amsterdam İşıq Festivalının rəhbəri və İCOM MPR-ın İdarə Heyətinin üzvüdür

Əziz dostlar,

Xatırladırıq ki, 19-21 oktyabr tarixlərində muzeyimizdə “Gənc tamaşaçılar üçün muzey” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək. Konfransa Azərbaycanla yanaşı, bir sıra xarici ölkələrdən tədqiqatçılar da qatılacaqlar. Onların arasında Niderlanddan olan mütəxəssis, “I-NGO Eye Care Foundation”-nın baş icraçı direktoru Byorn Stenvers də var.

B. Stenvers Amsterdam Brilyant Muzeyi, Amsterdam Fondu, Amsterdam İşıq Festivalının rəhbəri və İCOM MPR-ın İdarə Heyətinin üzvüdür. O, Ümumdünya irs abidəsi olan Brest qalasının (Belarus), Altay muzeylərinin (Altay Respublikası) himayəçisi, Moskva Zooloji Parkının, Komi Respublikası və Erasmus Evinin (Cakarta) rəsmi məsləhətçisidir.

Byorn Stenvers Xalça Muzeyindəki beynəlxalq tədbirdə çıxış edərək öz zəngin təcrübəsini bölüşəcək, çoxşaxəli fəaliyyəti, qarşılaşdığı problemlər və onların həlli yolları, dünyada muzey sahəsindəki qabaqcıl trendlər haqqında danışacaq.

Yaxın günlərdə keçiriləcək konfransla bağlı xəbərləri qaçırmayın.