Sizi “İki Yulius” sərgisi çərçivəsində keçiriləcək “Latviya tətbiqi sənəti və dizayn: başlanğıcdan müasir interpretasiyayadək” adlı mühazirəyə dəvət edirik
Əziz dostlar!
Sizi “İki Yulius” sərgisi çərçivəsində keçiriləcək “Latviya tətbiqi sənəti və dizayn: başlanğıcdan müasir interpretasiyayadək” adlı mühazirəyə dəvət edirik. Mühazirə Latviya Milli İncəsənət Muzeyinin Latviya Tekstil Sənəti Kolleksiyasının kuratoru Ruta Rinka tərəfindən təqdim olunacaq. O, Latviya tətbiqi sənətinin baniləri hesab edilən Yulius Straume və Yulius Madernieksin zəngin yaradıcılığı barədə ətraflı məlumat verəcək.
İştirak üçün öncədən qeydiyyatdan keçməyiniz xahiş olunur:
https://forms.gle/6i9sSVRJ4E4eHvwk9
Mühazirə rus dilində keçiriləcək.
Azərbaycan Milli Xalça Muzeyi
20 oktyabr 2022-ci il, saat 15:00