Rumıniya Prezidenti Klaus Yohannis və onun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Milli Xalça Muzeyində
Rumıniya Prezidenti Klaus Yohannis və onun rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Azərbaycan Milli Xalça Muzeyi ilə tanış olub. Muzeyin direktoru Şirin Məlikova qonaqlara ölkəmizdə qədim xalçaçılıq ənənələri haqqında ətraflı məlumat verib.
Ş.Məlikova həmçinin muzeyin Rumıniya muzeyləri ilə sıx əməkdaşlıq etdiyini, Sibiu şəhərindəki Müasir İncəsənət Muzeyində “Azərbaycan xalçaları: incəsənətlə öyrənmək” adlı sərginin bir aydan artıq davam etdiyini və böyük marağa səbəb olduğunu vurğulayıb.
Dövlət başçısına Ənənəvi texnologiya şöbəsində toxunmuş Qarabağa aid “Xanlıq” xalçası və “Azərbaycan Xalça Muzeyi” kitabı hədiyyə olunub.
Sonda Prezident K.Yohannis muzeylə bağlı xoş təəssüratlarını xatirə kitabına yazıb.