Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə iştirak etmək üçün ölkəmizə səfər edən dövlətlərin nümayəndələri və onların xanımları Azərbaycan Milli Xalça Muzeyi ilə tanış olublar

Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə iştirak etmək üçün ölkəmizə səfər edən dövlətlərin nümayəndələri və onların xanımları Azərbaycan Milli Xalça Muzeyi ilə tanış olublar.

Qonaqlara Azərbaycan xalçaçılıq sənəti, onun tarixi, muzeyin fəaliyyəti, kolleksiyaları, layihələri barədə ətraflı məlumat verilib.

Qeyri-adi ekspozisiya zalları, nadir gözəlliyə malik sənət nümunələri ilə tanışlıq qonaqlarda xoş təəssürat yaradıb