Sizi "Boyanmamış yun iplərdən xalçatoxuma" üzrə ustad dərsinə dəvət edirik.
Əziz dostlar!
Sizi muzeyimizin formalaşmasında xidmətləri olmuş xalçaçı-rəssam, sənətşünas alim Cəfər Mücirinin doğum günü ilə əlaqədar keçiriləcək boyanmamış yun iplərdən xalçatoxuma üzrə ustad dərsinə dəvət edirik.
Ustad dərsi 16 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulub.
Xüsusi vurğulayaq ki, ilk dəfə xalçalarında boyanmamış yun ipdən istifadə edən rəssam C.Müciri olub. Onun muzeyimizdə saxlanılan məşhur əsərlərindən biri XVII əsrin böyük şairi Saib Təbriziyə həsr etdiyi təbii rəngli, müxtəlif çalarlı yun iplərdən toxunmuş xalçadır.
Ustad dərsinə qatılmaq istəyənlərdən öncədən qeydiyyatdan keçmələri xahiş olunur.
https://forms.gle/Kygtg9afG6yqSysN8
Azərbaycan Milli Xalça Muzeyi
17 mart 2023-cü il, saat 16:00