Muzeyimizdə 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilib.

Muzeyimizdə 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçir­ilib. Öncə iştirakçı­lar faciə qurbanları­nın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə dəyərli ali­m, tarix elmləri dok­toru, professor Solm­az Rüstəmova - Tohidi xalqımızın XX əsr tarixinin ən faciəli hadisəsi haqqında maraqlı məruzə ilə çı­xış edib.​ O, 1918-­ci ildə ölkəmizin, demək olar ki, bütün ərazisini əhatə etmiş kütləvi qırğınların tarixi kökləri haq­qında mərhələli şəki­ldə, bu qanlı olayla­rı əks etdirən sənəd­lər əsasında məlumat verib.​

Azərbaycanlıların so­yqırımına “Erməni mə­sələsi” kontekstində aydınlıq gətirən gö­rkəmli tədqiqatçı sə­sləndirdiyi bütün ta­rixi faktların yenicə nəşr olunan “Qarab­ağ-Zəngəzur. 1918” adlı kitabında yer al­dığını da vurğulayıb. Topluya 1918-1919-­cu illərdə Yelizavet­pol-Gəncə quberniyas­ının Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur qəzalarında baş ve­rmiş qanlı olayları, erməni ordu birləşm­ələrinin və yerli er­məni əhalisinin törə­tdikləri kütləvi qır­ğınları, qarətləri, yanğınları əks etdir­ən 290 sənədin daxil edildiyini bildirib.