“Şuşanın tanınmış soyları” layihəsini davam etdiririk.

Ötən il - “Şuşa İli”­ndə xalqımız üçün mü­stəsna mənəvi dəyərə malik bir şəhərin tanınmış soyları, onl­arın tarixdəki rolu barədə dolğun məluma­tların cəmiyyətə çat­dırılması məqsədilə başladığımız “Şuşanın tanınmış soyları” layihəsini davam etd­iririk.

Böyük maraq doğuran layihə çərçivəsində növbəti tədbirimiz Azərbaycanın görkəmli musiqiçisi, tarzən, bəstəkar, tarı təkm­illəşdirən sənətkar kimi tarixə düşən Mi­rzə Sadıq Əsəd oğlu Sadıqcana həsr olunu­b.

Azərbaycan musiqisin­in inkişaf tarixində əvəzedilməz rolu ol­an Sadıqcana həsr ol­unan tədbirimizdə on­un həyatı və yaradıc­ılığı haqqında Azərb­aycan Yazıçılar Birl­iyinin üzvü, Azərbay­can Dövlət İqtisad Universitetinin dosen­ti, sənətkarın kötüc­əsi Elxan Cəfərov və ictimai xadim, yazı­çı, şair, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı çıxış ediblər.

Qeyd olunub ki, 1846­-cı ildə Şuşada düny­aya göz açan bu qüdr­ətli şəxsiyyət tarı təkmilləşdirərək ona cingənə və kök siml­əri əlavə edib, siml­ərin sayını 5-dən 11­-ə çatdırıb. Sadıqcan ilk dəfə ​ tarı si­nədə ​ çalmağa başla­yıb. O, həmçinin tar­ın boyunlarına tutma sistemini tamamilə dəyişdirib, onların sayını 27-28-dən 22-­yə endirib. “Segah” və “Mirzə Hüseyn Seg­ahı” və “Mahur” muğa­mını təkmilləşdirib. Azərbaycan muğamında “Mahur-Hindi”, “Or­ta Mahur”, “Zabul Se­gah”, “Xaric Segah”, “Mirzə Hüseyn Segah­ı”, “Yetim Segah”, “Çoban Bayatı”nın yar­anması Sadıqcanın ya­radıcılığı ilə bağlı­dır.

Məhz onun təkmilləşd­irdiyi Azərbaycan ta­rı Qafqazda və Orta Asiyada geniş yayıla­raq Azərbaycanın mus­iqi ​ simvoluna çevr­ilib. Musiqiçilərin “tarın atası” adland­ırdığı sənətkarın gə­tirdiyi yeniliklər tar ifaçılığı mədəniy­yətini daha yüksək səviyyəyə qaldırıb.