Monteneqro parlamentinin sədri Daniela Djuroviçin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Milli Xalça Muzeyində olub.
Monteneqro parlamentinin sədri Daniela Djuroviçin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Milli Xalça Muzeyində olub. Qonaqları muzeyin direktoru Şirin Məlikova qarşılayaraq, onları daimi ekspozisiya, o cümlədən Zərgərlik fondu ilə tanış edib. O, burada nümayiş olunan Azərbaycan xalçaları, xalça məmulatları, bədii metal, geyim və zərgərlik nümunələri barədə ətraflı məlumat verib. Şirin xanım milli-mədəni irsimizin qorunması və inkişafı istiqamətində görülən işlərdən danışıb, həmçinin qonaqlara muzeyimizin nəşrlərini hədiyyə edib.
Muzeyin kolleksiyaları ilə yaxından tanış olan qonaqlar göstərilən qonaqpərvərlikdən məmnunluqlarını dilə gətiriblər.