Xalça “Dəmirçilər”

Əziz dostlar,
“Xalça sənəti – mənaların təkamülü” sərgisinin daha bir eksponatını –  Qazax qrupuna aid “Dəmirçilər” xalçasını təqdim edirik.
 
Xalçalanın adı Azərbaycanın Qazax şəhərindən 9 km qərbdə yerləşən Dəmirçilər kəndinin adından qaynaqlanır. Bəzi xalçaçılar bu xalçanı “Dəmirçi Həsən”də adlandırırlar. Bu nümunələr Qazax qrupunun yüksək keyfiyyətli xalçalar kateqoriyasına aiddir və bir neçə variantda toxunur.
 
Xalçanın kompozisiyası şaquli xətt boyunca romb formalı “başlıq” elementi ilə bir-birinə bənd edilən və içərisində qədim “Qaraqoyunlu” naxışı verilmiş çoxbucaqlı iki iri göldən ibarətdir. Bu naxış Qazaxın bir çox kompozisiyalarında geniş istifadə olunur və qədim türk tayfası oğuzlardan gələn ənənələrə bağlıdır.
 
Ana haşiyə iri ziq-zaq formalı “ildırım” elementindən ibarətdir.
 
Xalça “Dəmirçilər”. Qazax, Azərbaycan. 1334/1913-cü il. Yun. Xovlu toxunuşlu, əl işi. Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyası