Xalça “Şıxlı”
Əziz dostlar,
Bu həftə “Xalça sənəti – mənaların təkamülü” sərgisində nümayiş olunan Qazax xalçalarını təqdim edəcəyik. Bu bölgənin ən tanınmış nümunələrindən biri “Şıxlı” xalçasıdır.
Bu xalça Qazax şəhərindən təxminən 30 km aralı Kür sahilində yerləşən Şıxlı kəndində toxunur və bir neçə kompozisiyaları mövcuddur. Onlar bədii tərtibatına görə müxtəlif olub, Qazax qrupunun ən qədim xalçalarına aiddir.
Xalçanın ara sahəsi “mehrablı karvansara” formalı olub, içərisi “tuğbaşı” elementli uzadılmış mərkəzi “göl” və müxtəlif həndəsi naxışların doldurucu xarakterli nümunələri ilə tərtib olunmuşdur. Ara sahənin hər küncündə mehrabüstü boşluqlarda ağacabənzər təsvirlərlə yanaşı, mərkəzə doğru dekorativ heyvan və naxış elemenetləri verilmişdir.
Xalça “Şıxlı”
Qazax, Azərbaycan. XX əsrin əvvəli
Yun. Xovlu toxunuşlu, əl işi. Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyası