Xalça “Qasımuşağı”

Əziz dostlar,
 
“Xalça sənəti – mənaların təkamülü” sərgisinin növbəti eksponatı – “Qasımuşağı” xalçasıdır. Xalçanın adı əfsanəyə görə tayfanın ulu babası əslən tanınmış soylardan olan İraq türkü, yəni kərküklü olan və özlərini "Təkə-türkman" adlandıran Abdulkərim kişinin oğlu Qasımın (Qara Qasım) adı ilə bağlıdır.
 
Xalça əsasən Qasımuşağı obasına daxil olan Şamkənd, Kürdhacı, Çorman, Şəlvə, Ərikli, Piçəniş və s.kəndlərdə toxunurdu.
 
Xalçanın ara sahəsinin mərkəzində böyük medalyon yerləşir. Onun daxilində isə xalçaçıların “xonça” adlandırdığı element təsvir olunmuşdur. Bu nümunənin özünəməxsusluğu bədii tərtibatda mavi rəngdən istifadə olunmasıdır.
 
Mərkəzi böyük medalyonun alt və üst hissəsi ümumi naxış kompozisiyasına uyğun “qübbə” elementi ilə işlənib.
 
 
Xalça “Qasımuşağı”. Qarabağ, Azərbaycan. XX əsrin əvvəli. Yun. Xovlu toxunuşlu, əl işi. Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyası