Xalça. Qarabağ
Əziz dostlar,
Bu gün sizə kolleksiyamızın yeni incisi – XVIII əsrin Qarabağ xalçasını təqdim edirik. Bir çox kataloqlara salınmış bu xalça dünya muzeylərinin yüksək dəyərləndirdiyi sənət əsərlərindəndir.
Nəbati ornamentlərlə işlənmiş dəyərli sənət nümunəsi “Əjdahalı” xalçaların son dövrünə aiddir. Burada əjdaha və digər zoomorf təsvirlər güllərlə əvəz olunur və yalnız üzərindəki palmet naxışlar onun bu qrupa məxsusluğunu göstərir.
İtaliyalı kolleksionerdən bu xalçanı əldə etmək, vətənimizə qaytarmaq üçün iki ildən artıq danışıqlar apardıq. Nəticədə, bu nadir sənət əsəri azərbaycanlı xeyriyyəçinin dəstəyi ilə əldə edilərək muzeyimizə bağışlandı.
Vətən Müharibəsi dövründə doğma vətəninə qayıdan xalça rəşadətli qalibiyyətimizin simvoluna çevrildi.
Xalça. Qarabağ, Azərbaycan. XVIII əsr. Əriş, arğac, xov – yun. Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyası. Xalça 2020-ci ildə azərbaycanlı mesenat tərəfindən hədiyyə olunmuşdur