Xalça “Xoruz-nişan”

Əziz dostlar,
“Xalça – mədəniyyət körpüsü” rubrikamızda Sankt-Peterburq şəhərindəki Rusiya Etnoqrafiya Muzeyində davam edən sərgidən “Xoruz-nişan” xalçasını təqdim edirik. Qırmızı rəngli ara sahənin mərkəzində quyruğu düyünlənmiş at üzərində geyimli-keçimli süvari təsviri verilmişdir. Onun ətrafında rəngbərəng xoruz, qarğa, göyərçin və müxtəlif bitki təsvirləri xüsusi yer tutur. İçərisində xoruz təsvir olunmuş ağ yerlikli düzbucaq göllər xalq arasında “nişan” adlandırılır.
Yaşlı ustalar arasında “mollabaşı” kimi tanınan haşiyə qurşağı “su” zolaqları ilə birgə ara sahəni əhatələyir.
 
 
Xalça “Xoruz-nişan”. Şirvan, Azərbaycan. Hicri 1331-1332 / 1913-1914-cü illər. Əriş, arğac, xov – yun. Rusiya Etnoqrafiya Muzeyinin kolleksiyası