Хalça “Qasımusağı”

Əziz dostlar,
 
Azərbaycanın qədim və əsrarəngiz guşəsi olan Laçın düşmən tapdağından azad olunub! Bu münasibətlə Laçının məşhur “Qasımuşağı” xalçasını sizə təqdim edirik.
 
Qarabağ tipinin Cəbrayıl qrupuna “Qasımuşağı” xalçasının adı Qarabağın dağlıq hissəsində (indiki Laçın rayonunda) yaşayan Qasımuşağı tayfasının adı ilə bağlıdır. Bu xalçanın əsas elementləri – mərkəzi göl və bu göldən yuxarı və aşağı istiqamətdə uzanan S-vari “ağ qol”lardır. Elə bu səbəbdən onu “Ağ qol” xalça da adlandırmışlar. Bu qolların daxilində stilizə olunmuş əjdaha təsviri verilmiş, buna görə də bəzi tədqiqatçılar onu “Əjdahalı” xalça qrupuna aid edirlər. Doldurucu elementlər kimi həndəsi, nəbati, zoomorf və damğa tipli naxışlardan istifadə olunub.
 
XVII əsrin yadigarı olan “Qasımuşağı” xalçalarının çeşnisi bir neçə əsr bundan əvvəl tikmə şəklində istifadə edilmiş, bir müddətdən sonra bu çeşni xalçalara köçürülmüşdür. Buna görə də yaşlı xalçaçılar onu “Tikmə gəbə” və yaxud da “Tikmə xalça” adlandırırlar.
 
Хalça “Qasımusağı”. Qarabağ, Azərbaycan. Hicri 1330 / 1912-ci il. Əriş, arğac, xov - yun. Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyası