Хalça
Əziz dostlar,
Bu gün sizə doğma Qarabağımızın işğaldan azad olunması münasibəti ilə bu torpaqda toxunan Şuşa filialımızın kolleksiyasında qorunan Qarabağ qrupuna aid orijinal bədii tərtibata malik xalçanı təqdim edirik.
Al-əlvan xalçanın kompozisiyasında nəbati, həndəsi, zoomorf və ornitomorf ornamentlər qeyri-adi düzümdə verilmişdir.
Ara sahəni zəngin haşiyə zolaqları tamamlayır. Ana haşiyəni bəzəyən yaraşıqlı “Sərabi-buta” burada heç də təsadüfən təsvir olunmayıb. Belə ki, Təbriz xalçalarının bədii tərtibatı, rəng ahəngdarlığı Qarabağ xalçalarına həmişə təsir göstərmişdir.
Хalça. Qarabağ qrupu, Azərbaycan. ХХ əsrin əvvəli. Əriş, arğac, xov – yun. Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyası