Kilim

Əziz dostlar,
Bu gün sizə muzeyimizin Şuşa filialındakı Cəbrayıl qrupuna aid kilimi təqdim edirik.
Kilimin ara sahəsində kiçik rapportlarla tərtib olunmuş eyni quruluşlu “sırğa” naxışlarına Təbrizin kilimlərində də rast gəlinir. Bu cür ritmik ara sahə kompozisiyasında naxışların düzümü diaqonal sıralanma ilə göz oxşayır, həm də estetik simvolizm xüsusiyyətlərini əmələ gətirir.
Haşiyənin “qurd izi”, “çaxmaqlı qızıl gül” və “pitik” adlı naxışları da bu kilimin rəmzi xarakterli quruluşa malik olduğunu göstərir.
Rənglərin ahəngdarlığı isə Qarabağ xalçaçılığını və onun rəng aləmini əks etdirir.
Kilim. Cəbrayıl qrupu, Azərbaycan. XX əsrin оrtaları. Əriş, arğac – yun. Keçirtmə texnikası. Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyası