Zili

Bu gün daha bir möhtəşəm tarixi günü yaşayırıq. Ən qədim insan məskənlərindən biri, tarixi abidələri, zəngin təbii sərvətləri ilə tanınan Kəlbəcərimiz də erməni işğalından azad edildi. Onun əzəli və əbədi sakinləri uzun ayrılıqdan sonra doğma vətənlərinə geri dönəcəklər. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edir, dövlətimizin bütövlüyünün əbədi olmasını arzulayırıq!
Qarabağ xalçaçılığının ən gözəl nümunələri sırasında xovsuz xalçaların xüsusi yeri var. Doğma Kəlbəcərin qədim zililəri də Qarabağ xalçaçılığına şöhrət gətirən incilərdən hesab olunur. Bu zililər müxtəlif kompozisiyalarda toxunurdu. Bədii quruluşu kvadrat, düzbucaq, çoxbucaq və şəbəkələrlə formalaşan zililər daha çox istehsal edilirdi. Ümumiyyətlə, Qarabağ zililəri böyük ölçülərinə​ və isti​ koloritinə görə daha çox seçilir.
Yerli əhalinin məişətində zilidən məfrəş, xurcun, çul, çuval, örtük və başqa məqsədlərlə də istifadə edirdilər.
Zili. Qarabağ, Azərbaycan. 1920–1930-cu illər. Əriş, arğac – yun. Keçirtmə, dolama texnikası. Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyası