Kilim

Əziz izləyicilər!
Zəngilan şəhəri və rayonun 6, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndini işğaldan azad olunması münasibətilə xalqımızı ürəkdən təbrik edirik! Ali Baş Komandan başda olmaqla şanlı Azərbaycan ordusuna eşq olsun! Yaşasın Azərbaycan xalqı! Qarabağ Azərbaycandır!
Bu münasibətlə Zəngilanda toxunmuş məşhur Qarabağ kilimlərindən birini sizə təqdim edirik. Əl-əlvan rəngli kilimin ara sahəsini dilikli uzadılmış iki böyük göl bəzəyir. Medalyonlar dörd tərəfdən stilizə olunmuş palmetlərlə tamamlanır. Çox vaxt bu kilimləri gərdək kimi istifadə edirlər.
Kilim. Qarabağ, Azərbaycan. XX əsrin əvvəli. Əriş, arğac – yun. Keçirtmə texnikası.
Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyası