Xalça. “Üzeyir Hacıbəyli”

Əziz dostlar,
Hər il 18 sentyabr ölkəmizdə Milli Musiqi Günü qeyd olunur. Məhz 1885-ci ilin 18 sentyabr tarixində dahi bəstəkar, Şərqdə ilk operanın və Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyli anadan olmuşdur. Ekspozisiyamızda sərgilənən müəllifi Xalq rəssamı Tahir Salahov olduğu “Üzeyir Hacıbəyli” xalçasını təqdim edirik.
Xalça. “Üzeyir Hacıbəyli”
Azərbaycan. 2014
Yun, xovlu, əl işi.
İnv№ 13040
Tahir Salahovun rəsm əsəri əsasında toxunub.