“Məhsul bayramı” qobeleni
Əziz dostlar,
“Məhsuldarlıq” mövzusuna həsr edilmiş həftəmiz davam edir. Muzeyimizin kolleksiyasından növbəti eksponat Salar Məmmədovun “Məhsul bayramı” qobelenidir.
Tanınmış qobelençi rəssamın bu əsəri klassik üsulda toxunsa da, qobeleni tamamlayan saçaqlar onun qeyri-ənənəvi, sərbəst forma əldə etməsinə səbəb olmuşdur. Əsərin koloriti sarı, qırmızı, narıncı kimi isti rənglərdən ibarətdir. Qobelenin əsas kompozisiyasını bayram mərasimində təsvir olunmuş, rəqs edən üç gənc qız fiquru təşkil edir. Saçlarını örtən ağ örpək təmizlik, paklıq kimi mənaları ifadə etməklə əsərə daha bir dəyərli məzmun qatır. Qızların plastik fiqurları saçaqlarla işlənmiş bol məhsulla dolu tabaqların arxasında verilmişdir. Zəngin dekorativ həllə malik olan qobelenin səthini gül-çiçək təsvirləri bəzəyir.