“Məhsuldarlıq motivi”
Əziz dostlar,
Həftə ərzində sizlərlə muzeyimizin kolleksiyasından “Məhsuldarlıq” mövzusuna həsr olunmuş qobelen və keramika sənəti nümunələrini bölüşəcəyik. Bu gün məşhur qobelençi rəssam Pavel Kuzmenkonun “Məhsuldarlıq motivi” adlı qobelenini təqdim edirik.
Lirik və dekorativ həllə malik qobelenin rəngləri bir-birilə ahəngdar olmaqla yanaşı, həm də simvolik mənaya malikdir. Tünd qəhvəyi rəngli fon məhsul verən bərəkətli torpağı ifadə edir. Üzərindəki şaquli zolaqlarda yaşıl və qızılı yarpaqlı budaqlar təsvir edilmişdir. Kompozisiyanın mərkəzində bar vermiş böyük meyvə ağacı və onları dərən incə siluetə malik gənc oğlan və qız rəsmi verilmişdir. Qobelenin saçaqları ona maraqlı görüntü qatmaqla obrazların geyimini tamamlayır.