Xalça “Dmitri Şostakoviç”
Əziz dostlar,
“Tahir Salahovun xalça dünyası” adlı rubrikamızı davam etdiririk. Bu gün görkəmli sənətkarın yaratdığı möhtəşəm obrazlar qalereyasından D.Şostakoviçin xalçada toxunmuş portreti haqqında söz açacayıq. Xalça eskizinin müəllifi rəssam Mais Hüseynov.
Dünya şöhrətli bəstəkarın dərin düşüncələrə dalmış obrazı, zəngin və həssas daxili aləmi yaradıcılıq enerjisi ilə doludur. Əsərdə ara sahə və haşiyə bir-biri ilə harmonik vəhdətdədir. Portret Quba-Şirvan xalçalarında tez-tez işlənən “kufi” adlı ana haşiyə, “almagülü” və “mollabaşı” kimi zolaqlarla əhatələnib.
Xalça “Dmitri Şostakoviç”. Azərbaycan. 2008-ci il. Əriş, arğac – pambıq; xov – yun. Xalça Tahir Salahovun rəsm əsəri əsasında toxunmuşdur. Xalça eskizinin müəllifi: Mais Hüseynov