Xalça “Qız qalası”
Əziz dostlar,
“Tahir Salahovun xalça dünyası” rubrikamız davam edir. Bu gün görkəmli fırça ustası T.Salahovun xalçada toxunmuş daha bir məşhur əsərindən – “Odlar yurdu” triptixinə aid “Qız qalası”ndan bəhs edirik. Xalça eskizinin müəllifi rəssam Elyar Quliyevdir. Unikal memarlıq abidəsi olan Qız qalası Tahir Salahovun yaradıcılıq manerasına uyğun olaraq monumental təsvir olunmuşdur. Qala üzərindən ucalan nəhəng alov kompozisiyanın rəng həllində mühüm rol oynayır.
Ana haşiyə istər rəng həllinə, istərsə də naxışlarına görə ara sahə ilə həmahəngdardır. Buradakı lövbər və uçan qağayıları simvolizə edən naxışlar Qız qalasını əhatələyir.
Xalça “Qız qalası”. Azərbaycan. 2011-ci il. Əriş, arğac – pambıq; xov – yun. Tahir Salahovun rəsm əsəri əsasında toxunmuşdur. Xalça eskizinin müəllifi: Elyar Quliyev