Xalça “Nağıllar aləmi”

Əziz dostlar,
“Nağıllar aləmi” xalçası haqqında söhbətimizə davam edirik. Bu gün xalçanın ara sahəsində verilən qəhrəmanlarla tanış olaq. Burada “Məlikməmməd”, “Ağ atlı oğlan”, “Uçan xalça”, “Göyçək Fatma”, “Nar qız”, “Xoruz və padşah” və s. nağıllarından süjet və personajları görə bilərik. Xalçanın mərkəzində şərqin məşhur “Əlibaba və qırx quldur” nağılındakı lampadan çıxan xeyirxah cin təsvir olunub. Onun ətrafındakı tüstüdə görünən gözlər isə şər qüvvələrini simvolizə edən cinə məxsusdur
Xalçanın aşağı hissəsində adətən nağılları dinləyən və göydən düşən üç almanı tutan iki uşağın təsviri verilib.
Xalça “Nağıllar aləmi”. Müəllif: Eldar Mikayılzadə. Azərbaycan. 1987. Əriş, arğac – pambıq, xov – yun. Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyası