Xalça “Kоsmоs sülhə xidmət еdir”
Əziz dostlar,
Kosmos həftəsinin daha bir eksponatı – rəssam Nadir Bayramovun müəllifi olduğu “Kosmos sülhə xidmət edir” xalçasıdır. Xalçanın ara sahəsində kosmosu ilk fəth edən Yuri Qaqarinin portreti, “Vostok” və “Soyuz T” kosmik gəmiləri, qırmızı ulduzlu Kreml qülləsi və onun ətrafında kosmosa kosmonavtları uçmuş sosialist ölkələrinin bayraqları, sülh simvolu olan göyərçinlər təsvir olunub.
Xalçanın ana haşiyəsində on beş Sovet Sosialist Respublikalarının dövlət bayraqları öz əksini tapmışdır. Ənənəvi naxış elementlərindən xalçanın yalnız bala haşiyəsində və ana haşiyəsinin künclərində istifadə olunmuşdur.
Xalça “Kоsmоs sülhə xidmət еdir”. Müəllif: Nadir Bayramоv. Azərbaycan. 1986. Yun. Xоvlu, əl işi. Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyası