“Sovet kosmonavtı German Titоv”

Əziz dostlar,
Kosmonavtika günü ilə bağlı mövzumuzu davam etdiririk. Görkəmli xalçaçı-rəssam Lətif Kərimov da öz yaradıcılığında bu mövzuya müraciət etmişdir. Onun kosmosu Y.Qaqarindən sonra fəth etmiş məşhur kosmonavt German Titova həsr olunmuş xalçasını sizlərə təqdim edirik.
Orijinal bədii həllə malik xalçada rəssam yüksək kompozisiya qurmaq məharətini bir daha nümayiş etdirmişdir. Həm mərkəzi sahədə, həm də onu əhatə edən diaqonal zolaqlı haşiyə boyunca kosmik raketlərin sürətlə göyə uçuşu dinamizm və ekspressivliklə təsvir olunmuşdur. Rəngarəng, dekorativ xalça üzərində göy cisimləri, planetlər, zodiak işarələr kosmonavtın xalçanın sağ yuxarı küncündə verilmiş portretilə mükəmməl uyumluluq içərisindədir.
“Sovet kosmonavtı German Titоv”. Müəllif: Lətif Kərimov. Azərbaycan. 1969. Əriş, arğac – pambıq, üz ipi – yun. Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyası