Fevralın 2-də saat 16.00-da Azərbaycan Milli Xalça Muzeyində “Pişiklər batikada” (“KOTOBATİKİ”) adlı sərginin açılışı keçirildi.

Fevralın 2-də saat 16.00-da Azərbaycan Milli Xalça Muzeyində “Pişiklər batikada” (“KOTOBATİKİ”) adlı sərginin açılışı keçirildi. Sərgidə Azərbaycanın Əməkdar rəssamı İnna Kostinanın müəllifi olduğu ipək üzərində batika texnikasında hazırlanmış 40 panno nümayiş olundu.
 
Qeyd edək ki, sərgi çərçivəsində uşaqlara muzeyin Təhsil şöbəsinin əməkdaşları tərəfindən sərginin mövzusuna uyğun müxtəlif maraqlı ustad dərsləri keçilir.
 
Fevralın 18-dək davam edəcək sərgi mövcud qaydalara, sanitariya normalarına və metodiki göstərişlərin tələblərinə uyğun təşkil olunub. Sərgiyə 10 nəfərə qədər qruplar buraxılır.