Azərbaycan Milli Xalça Muzeyinin kollektivi I Qarabağ müharibəsində Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını fəda etmiş şəhidlərin əziz xatirəsini yad etmək üçün Şəhidlər Xiyabanını ziyarət etdi.

8 noyabr 2020-ci il Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Biz tariximizin ən şərəfli gününü yaşayırıq. Azərbaycanın mədəniyyət beşiyi, Qarabağın ürəyi, Vətənimizin ayrılmaz hissəsi Şuşa işğaldan azad oldu! Bu münasibətlə Azərbaycan Milli Xalça Muzeyinin kollektivi I Qarabağ müharibəsində Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını fəda etmiş şəhidlərin əziz xatirəsini yad etmək üçün Şəhidlər Xiyabanını ziyarət etdi. Vətən yolunda canlarından keçmiş şəhidlərimizə Allah rəhmət etsin, məkanları cənnət, qəbrləri nurla dolsun. Şəhidlərimizin xatirəsi daim bizim ürəyimizdə yaşayacaqdır.