Muzeyimizin sosial şəbəkələrdəki səhifələrində Qarabağ xalçaları ilə bağlı paylaşımlar insanlar tərəfindən xüsusi maraqla qarşılanır və onlar bu barədə təəssüratlarını mütəmadi olaraq bizimlə bölüşürlər.

Muzeyimizin sosial şəbəkələrdəki səhifələrində Qarabağ xalçaları ilə bağlı paylaşımlar insanlar tərəfindən xüsusi maraqla qarşılanır və onlar bu barədə təəssüratlarını mütəmadi olaraq bizimlə bölüşürlər. Əslən Şuşadan olan toxucu xanımlar Solmaz və Şuşa Abbasovalar da belə izləyicilərimizdəndir.

Şuşanın işğaldan azad olunmasını bayram etdiyimiz bu günlərdə muzeyin əməkdaşı Rəma Zeynalovanın onlarla söhbətini sizə təqdim edirik. İnanırıq ki, onların Şuşa ilə bağlı xatirələri, orada yaşayarkən toxuduqları xalçaların hekayəsi sizlər üçün maraqlı olacaq. Onlar gələcəklə bağlı arzularının xəyal olmamasının xoşbəxtliyini yaşayırlar. Çünki artıq Şuşa bizimdir və toxucu xanımlar yenə sevimli xalçalarını ana vətənlərində toxuyacaqlar.

https://www.facebook.com/watch/?v=797276247521614