Azərbaycan Milli Xalça Muzeyi tanınmış simalarla virtual turunun fraqmentlər seriyasını davam etdirir.

Azərbaycan Milli Xalça Muzeyi tanınmış simalarla virtual turunun fraqmentlər seriyasını davam etdirir. İzləyicilərimiz tərəfindən böyük maraqla qarşılanan layihədə bu dəfə muzeyin Qarabağ xalçaları ilə tanış ola biləcəksiniz. Muzeyimizə virtual turda bələdçiniz isə sevimli teleaparıcı Könül Arifqızı olacaq. Muzeyin inklüziv proqramları çərçivəsində video surdo-tərcümə ilə müşayiət olunur.
Qeyd edək ki, yaxın zamanda virtual turu tam şəkildə izləyicilərimizə təqdim edəcəyik.