Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova “Mədəniyyət” kanalının “Səhərçağı” proqramında qonaq olub.
Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova “Mədəniyyət” kanalının “Səhərçağı” proqramında qonaq olub. Şirin xanım muzeyin Şuşa filialının eksponatlarının işğal dövründə təxliyyəsi, onların qorunması istiqamətində görülən işlərdən danışıb. Şuşa filialının Azərbaycan Milli Xalça Muzeyinin nəzdində işğaldan sonrakı fəaliyyəti barədə məlumat verib. O, həmçinin Milli Ordumuzun şücaəti nəticəsində düşməndən azad edilən Cəbrayıl şəhərinə aid xalçalardan söz açıb.