Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova bu gün “ATV Səhər” verilişində qonaq olub.

Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova bu gün “ATV Səhər” verilişində qonaq olub. Şirin xanım Azərbaycanın ənənəvi xalçaçılıq sənətinin YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin on illiyi və görkəmli alim, Xalq rəssamı Lətif Kərimovun doğum günü münasibəti ilə muzeyin həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib.