Bu gün Azərbaycanın görkəmli alimi, üç cildik “Azərbaycan xalçası” fundamental əsərinin müəllifi, Xalq rəssamı Lətif Kərimovun doğum günüdür.

Bu gün Azərbaycanın görkəmli alimi, üç cildik “Azərbaycan xalçası” fundamental əsərinin müəllifi, Xalq rəssamı Lətif Kərimovun doğum günüdür. Lətif Kərimov dekorativ-tətbiqi sənətimizin, xüsusilə xalçalarımızın milli və bədii xüsusiyyətlərini, texnologiyalarını dərindən bilən, onların dünyada tanıdılmasında, xalq ənənələrinin dirçəldilməsi, inkişafı və zənginləşdirilməsində böyük rolu olan şəxsiyyətdir. Məhz onun təşəbbüsü ilə 1967-ci ildə dünyada xalçaların qorunub saxlanıldığı, öyrənildiyi, sərgiləndiyi yeganə muzeyin – Azərbaycan Xalça Muzeyinin əsası qoyulub.
Tanınmış alimin eskizləri əsasında toxunmuş “Əfşan”, “Qonaqkənd”, “Ləçəkturunc”, “Şuşa”, “Göygöl”, “Qarabağ”, “Butalı”, “Şəbi-hicran”, “Firdovsi”, “Səməd Vurğun”, “Vaqif”, “Füzuli”, “Nəsimi”, “Əcəmi” və s. xalçaları Azərbaycan xalçaçılıq sənətinin qiymətli nümunələrindəndir.