Mədəniyyət TV-nin “Səhərçağı” proqramı Azərbaycan Milli Xalça Muzeyindən canlı bağlantı edib.

Mədəniyyət TV-nin “Səhərçağı” proqramı Azərbaycan Milli Xalça Muzeyindən canlı bağlantı edib. Bağlantı zamanı muzeyin direktoru Şirin Məlikova “Azərbaycan Milli Xalça Muzeyi təcrübəsində boyanmamış yundan toxunan xalçalar” layihəsi barədə danışıb. O, layihə çərçivəsində təqdim olunan onlayn sərgidə nümayiş etdirilən xalçalar haqqında məlumat verib.