Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova Qırğızıstanın genişmiqyaslı “Muzeylər Gecəsi - 2020” layihəsi çərçivəsində onlayn formatda keçirilən beynəlxalq tədbirdə çıxış edib.

Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova Qırğızıstanın genişmiqyaslı “Muzeylər Gecəsi - 2020” layihəsi çərçivəsində onlayn formatda keçirilən beynəlxalq tədbirdə çıxış edib. Şirin xanım rəhbərlik etdiyi muzeyin​ tarixi, keçdiyi inkişaf yolu,​ ekspozisiyası​ barədə məlumat verib. Azərbaycan Milli Xalça Muzeyinin pandemiya dövründə uğurlu onlayn fəaliyyəti, bu müddət ərzində reallaşdırılan bir çox uğurlu layihələr, muzeyin sosial şəbəkələrdəki səhifələrində paylaşılan maraqlı məlumatlar, onların məzmunu, keçirilən virtual sərgilər, beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində görülən işlər, gələcək planlar və s. haqqında danışıb.
Artıq 7 ildir təşkil olunan və böyük maraq doğuran bu sosial-mədəni tədbirdə bir çox ölkələrdən olan muzey mütəxəssislərinin məruzələri dinlənilib, karantin layihələri təqdim olunub, sual-cavab formatında müzakirələr aparılıb, kvest oyunu və s. keçirilib.