Bakı Avropa Liseyinin Azərbaycan Milli Xalça Muzeyi ilə birgə layihə çərçivəsində reallaşdırdığı Azərbaycanın ənənəvi xalçaçılıq sənətinə həsr olunmuş Festivalı başa çatdı.
Bakı Avropa Liseyinin Azərbaycan Milli Xalça Muzeyi ilə birgə layihə çərçivəsində reallaşdırdığı Azərbaycanın ənənəvi xalçaçılıq sənətinə həsr olunmuş Festivalı başa çatdı. Bu münasibətlə keçirilən onlayn konfransda Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova çıxış edərək ölkəmizin qabaqcıl təhsil ocağının 540 şagirdinin işirak etdiyi festivalın əhəmiyyətindən danışdı. Belə layihələrin uşaqları axtarışa, yaradıcılığa, müxtəlif yollarla bacarıqlarını nümayiş etdirməyə həvəsləndirdiyini dedi.
Tədbirdə Təhsil nazirinin müavini Firudin Qurbanov, Mədəniyyət Nazirliyinin Muzeylərlə iş sektorunun müdiri Nərgiz Abdullayeva, Bakı Avropa Liseyinin direktoru Zülfiyyə Veysova, professor Məmmədhüseyn Hüseynov və başqaları da çıxış edərək bu cür festivalların keçirilməsini yüksək qiymətləndirdilər, belə tədbirlərin gələcəyimiz olan uşaqların mədəni irsimizə, milli dəyərlərimizə sevgi və hörmət ruhunda tərbiyəsində mühüm rolunu xüsusi vurğuladılar.
Sonda şagirdlərin ölkəmizin ayrı-ayrı regionlarına aid xalçalar, onların əsas xüsusiyyətləri və s. barədə bir-birindən maraqlı ssenarilər əsasında hazırladıqları video-çarxlar nümayiş etdirildi.