“İşğaldan azad olunmuş Azərbaycan ərazilərinin bərpası istiqamətində ekoloji və mədəni irs sahəsində məktəb və məktəbdənkənar təhsil müəssisələrinin rolu” mövzusunda onlayn dəyirmi masa keçirilib.
“İşğaldan azad olunmuş Azərbaycan ərazilərinin bərpası istiqamətində ekoloji və mədəni irs sahəsində məktəb və məktəbdənkənar təhsil müəssisələrinin rolu” mövzusunda onlayn dəyirmi masa keçirilib. Azərbaycan Xalça Muzeyinin direktoru, ICOM Azərbaycan Milli Komitəsinin sədri Şirin Məlikova tədbirdə erməni təcavüzünə məruz qalmış şəhər və rayonlarımızda fəaliyyət göstərmiş 22 muzeydən bir neçəsinin işğaldan əvvəlki və sonrakı görüntülərinin, həmçinin onların kolleksiyaları ilə bağlı məlumatların əks olunduğu prezentasiya ilə çıxış edib. ICOM Azərbaycan Milli Komitəsinin 44 günlük Vətən müharibəsi dövründə informasiya cəbhəsində aktiv mübarizə apardığını, bu müddətdə mədəni irsin qorunması ilə bağlı 4 bəyanat yaydığını bildirib. İşğaldan azad olunmuş ərazilərdə muzey işinin bərpası istiqamətində gələcək planlardan danışıb.
Ekoloji terrora məruz qalmış və işğaldan azad olunmuş Azərbaycan ərazilərinin bərpası istiqamətində məktəblilərin ekoloji, regional diyarşünaslıq və mədəniyyət haqqında bilik və bacarıqların artırılması, “Yaşıl şəbəkə” proqramının və “Mədəni irs məktəblilər üçün onlayn platforma”sının əhatə dairəsinin genişləndirilməsi və gücləndirilməsi məqsədlərlə keçirilən dəyirmi masada Təhsil nazirinin müavini Firudin Qurbanov, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuza Sultan-zadə çıxış edib.