“NARGIS” jurnalının budəfəki buraxılışında (№ 78, yanvar 2021-ci il) görkəmli alim, xalçaçı rəssam Lətif Kərimov haqqında
Əziz dostlar,
“NARGIS” jurnalının budəfəki buraxılışında (№ 78, yanvar 2021-ci il) görkəmli alim, xalçaçı rəssam Lətif Kərimov haqqında Azərbaycan Milli Xalça Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikovanın, professor Kubra Əliyevanın və muzeyin Ekspozisiya şöbəsinin müdiri Əfşan Rzayevanın məqaləsi dərc olunub. Jurnalda “Azərbaycan Milli Xalça Muzeyi təcrübəsində boyanmamış yundan toxunan xalçalar" adlı layihə barədə məqalə də yer alıb. Həmçinin muzeyin kolleksiyasında qorunan qədim və dəyərli zərgərlik nümunələrinin, XVII əsrə aid “Xətai” xalçasının fotoşəkilləri müəyyən mövzulara uyğun olaraq verilib.