YUNESKO-nun Almatı klaster bürosunun təşəbbüsü ilə​ Orta Asiya və Cənubi Qafqazda muzey işçilərinin potensialının artırılması, onların peşə fəaliyyətləri üzrə bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə vebinar keçirilib.

YUNESKO-nun Almatı klaster bürosunun təşəbbüsü ilə​ Orta Asiya və Cənubi Qafqazda muzey işçilərinin potensialının artırılması, onların peşə fəaliyyətləri üzrə bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə vebinar keçirilib.​ “Muzey kolleksiyaları və dəyərli əşyaların təcili xilas olunması və təxliyəsi”​ mövzusunda keçirilən onlayn seminarda Azərbaycan Milli Xalça Muzeyinin direktoru, ICOM Azərbaycan Milli Komitəsinin sədri Şirin Məlikova əsas məruzəçi kimi çıxış edib. Təqdirəlayiq haldır ki,​ müasir muzeylərin qarşısında duran bu cür aktual məsələ ilə bağlı​ məhz Azərbaycan Milli Xalça Muzeyi öz qabaqcıl təcrübəsini bölüşüb.
Qeyd edək ki, onlayn seminara Mərkəzi Asiya və Cənubi Qafqazda fəaliyyət göstərən muzeylərin əməkdaşları, səlahiyyətli dövlət qurumlarının, tədqiqat təşkilatlarının, QHT-lərin və vətəndaş cəmiyyətinin nümayəndələri qatılıblar. Sonda Şirin Məlikova iştirakçıların suallarını cavablandırıb.​