Azərbaycan Milli Xalça Muzeyində filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoyun təqdimatında “Nizami Gəncəvi yaradıcılığında folklor-mifoloji ənənələr” mühazirəsi keçirilib.
Azərbaycan Milli Xalça Muzeyində filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoyun təqdimatında “Nizami Gəncəvi yaradıcılığında folklor-mifoloji ənənələr” mühazirəsi keçirilib. Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində keçirilən mühazirədə dahi Azərbaycan şairinin yaradıcılığında xalq təfəkkürü, şifahi poetik düşüncə və mifik məzmunlu mətnlərin geniş şəkildə yer almasından bəhs olunub.
Karantin qaydalarına əsasən 10 nəfərin iştirak etdiyi mühazirə muzeyin instaqram səhifəsindən canlı olaraq yayımlanıb.