Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova AzTV-nin “Telesəhər” proqramında qonaq olub.
Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova AzTV-nin “Telesəhər” proqramında qonaq olub. Şirin xanım “Tale ipini xalaçaya toxuyaraq... Azərbaycan dekorativ-tətbiqi sənəti Rusiya Etnoqrafiya Muzeyinin kolleksiyasında” sərgisi, həmçinin eyniadlı kataloq barədə danışıb. O, Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Milli Xalça Muzeyinin birgə elan etdiyi beynəlxalq xalça eskizi müsabiqəsi haqqında da məlumat verib.