26 yanvar tarixindən muzeyimizə gəlib yeni “Rəngarəng qobelen dünyası. Tamilla Abdullayevanın fərdi sərgisi” ilə tanış ola bilərsiz.

Əziz dostlar!
26 yanvar tarixindən muzeyimizə gəlib yeni “Rəngarəng qobelen dünyası. Tamilla Abdullayevanın fərdi sərgisi” ilə tanış ola bilərsiz. Burada qobelen və xalça üzrə tanınmış rəssamın 1990–2022-ci illərdə yaratdığı əsərlər nümayiş olunacaq. Sərgi çərçivəsində mühazirə, rəssam Tamilla Abdullayeva ilə görüş, qobelentoxuma üzrə ustad dərsləri və tematik ekskursiyalar təşkil olunacaq. Sərgi 25 fevral tarixinədək davam edəcək.