Qırğız Respublikasının birinci xanımı Ayqul Japarova və Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva Azərbaycan Milli Xalça Muzeyində qonaq olub

Qırğız Respublikasının birinci xanımı Ayqul Japarova və Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva Azərbaycan Milli Xalça Muzeyində qonaq olub. Muzeyin direktoru Şirin Məlikova qonaqlara daimi ekspozisiyada nümayiş olunan zəngin kolleksiyalarımız barədə ətraflı məlumat verib, onları Zərgərlik fondunda qorunub saxlanılan sənət nümunələri ilə tanış edib.

Xalqımızın tarixini, mədəniyyətini, adət-ənənəsini, həyat tərzini özündə əks etdirən zəngin irsimizlə yaxından tanışlığın onda xoş təəssürat yaratdığını bildirən birinci xanım öz təəssüratlarını muzeyimizin xatirə kitabına yazıb.